Tufandağ buzlağında ərimə prosesi sürətlənib

Tufandağ buzlağında ərimə prosesi sürətlənib
SOSİAL
14:29 24.08.2017
1031
Tufandağ buzlağını tədqiq etmək üçün ekspedisiya təşkil edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, ekspedisiya nazirliyin Milli Hidrometeorologiya Departamentinin mütəxəssislərinin iştirakı ilə avqustun 7-dən 14-dək Tufandağ buzlağını tədqiq etmək üçün həyata keçirilib.

3755 metr yüksəklikdə aparılan tədqiqatlar nəticəsində ötən illərlə müqayisədə buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünün artdığı, buzlaq dilinin 20-22 metr geriyə çəkildiyi, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin artdığı müəyyən olunub. Buzlağın parametrləri, koordinatı GPS və Lazer məsafə ölçəni ilə təyin edilib.

Nazirlikdən bildirilib ki, Tufandağ buzlağı Tufan zirvəsindən şimal istiqamətdə yerləşir və ərazinin ən böyük buzlağı hesab olunur. Ərazidə yerləşən buzlaq ağırlıq qüvvəsinin təsiri ilə şimal istiqamətində hərəkətə meyillidir və əksər hallarda asılı şəkildə dayanır. Morfoloji tipinə görə Tufandağ buzlaqları kar və asılı buzlaqlardır.

Məlumata görə, iqlimdə baş verən istiləşmə və ya soyuqlaşma özünü buzlaqların sahəsinin dəyişməsində çox tez büruzə verir: "Başqa sözlə, buzlaqlar qlobal iqlim dəyişmələrinin əsas indikatorudur və bu dəyişmələri əyani görmək üçün unikal obyektlər, həmçinin şirin su ehtiyatlarıdır".

Xatırladaq ki, Azərbaycan ərazisində buzlaqların öyrənilməsinə ötən əsrin 30-cu illərindən başlanılıb. Bu illər ərzində təşkil olunan ekspedisiyalar nəticəsində ölkənin Böyük Qafqaz regionunda yerləşən buzlaqları tədqiq edilib. Lakin ötən əsrin 70-ci illərindən sonra Azərbaycan ərazisində buzlaqların öyrənilməsi tədricən dayandırılıb, köhnə ölçü işlərinin əksəriyyəti isə saxlanılmayıb.

Ölkədə buzlaqların öyrənilməsinin yeni dövrü 2009-cu ildən başlayıb. Belə ki, Prezident İlham Əliyevin 2008-ci ilin dekabrın 27-də imzaladığı "Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin kompleks hidrometeoroloji və ekoloji tədqiqatı ilə bağlı tədbirlər haqqında” sərəncamından sonra Tufandağ buzlağına ekspedisiyalar təşkil olunmağa başlanıb.

Qeyd edək ki, tədqiqatların məqsədi qlobal iqlim dəyişmələrinin – qlobal istiləşmənin Azərbaycandakı buzlaqlara və buzlaqlarla qidalanan çayların su ehtiyatlarına təsirinin qiymətləndirilməsidir. Buzlaqların dəyişmə dinamikasını müəyyənləşdirmək üçün oxşar tədqiqatlar hər il davam etdiriləcək və aparılan ekspedisiya işləri buzlaqların kütlə balansının hesablanmasına imkan verəcək.

Hazırda ərazidəki meteoroloji şərait Şahdağ, Tufandağ və Kabaşda quraşdırılan avtomat meteoroloji stansiyaların köməyi ilə müşahidə olunur. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
18:48 25.06.2026
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
18:37 25.06.2026
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY