Reklam olunan tüktökən kremə verilən əmtəə adı qəsəbə sakinlərini qəzəbləndirib.
AZXEBER.COM “Vatan” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Nevşehir bölgəsindəki Avanos qəsəbəsinin əhalisi tüktökən kremə qəsəbənin adının qoyulmasına kəskin etirazlarını bildiriblər.
Avanos Bələdiyəsinin sədri İsmet İnce turizm əhəmiyyətli yaşayış məntəqəsinin adının belə məqsədlərlə istifadə olunmasının yolverilməzliyini deyərək, əhalinin şikayətinin haqlı olduğunu söyləyib:
“Vətəndaşların turizm sahəsində mühüm yeri olan qəsəbəmizin adının tüktökən krem markası kimi istifadə olunmasının narahatlıq doğurması təbiidir. Bu, Avanos əhalisinin təpkisi ilə qarşılanıb.
Qəsəbənin adınfan istifadə olunaraq açılan bir internet saytı vasitəsilə bazara çıxarılan həmin məhsulu istehsal edən və satan firmanın adı da qeyd olunmayıb.
Vəkillərimiz artıq bu işlə məşğuldurlar”.