Tükürpədici hadisə: Spirtli içki qəbul edib baldızına təcavüz etdi

Tükürpədici hadisə: Spirtli içki qəbul edib baldızına təcavüz etdi
DÜNYA
00:55 29.11.2022
733
Türkiyənin Eskişehir bölgəsində bir şəxs spirtli içki qəbul edərək 15 yaşlı baldızına təcavüz edib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, tükürpədici hadisə ötən yeni il gecəsi baş verib.  

Bünyamin M. spirtli içki qəbul edib, həyat yoldaşı yatdıqdan sonra 15 yaşlı baldızını zorlayıb. 15 yaşlı qızı da şantaj edən təqsirləndirilən şəxs barəsində araşdırmalardan sonra qərar çıxarılıb.

Hadisə ilə bağlı işə baxan məhkəmə təqsirləndirilən şəxsi 16 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə zərərçəkmişin təqsirləndirilən şəxsin baldızı və azyaşlı olduğunu əsas gətirərək cəzanın yarıya qədər artırılmasına qərar verib və həbs cəzasını 24 ilə qaldırıb.

Gülay
OXŞAR XƏBƏRLƏR