Tulin Ələkbərova və tələbəsi azadlığa buraxıldı

Tulin Ələkbərova və tələbəsi azadlığa buraxıldı
KRİMİNAL
17:40 01.09.2026
218
9 ay öncə həbs edilən kikboks üzrə tanınmış məşqçi Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimli azadlığa buraxılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Unikal.az-a Tulin Ələkbərovanın vəkili Natiq Əliyev məlumat verib.

Vəkilin sözlərinə görə, Tulin Ələkbərovaya və Abbas Rəhimliyə qarşı irəli sürülən ittiham üzrə onların təqsiri sübuta yetirilmədiyindən barələrində aparılan cinayət işi istintaq orqanı tərəfindən xitam verilib.

Bununla da xanım idmançı və tələbəsi bu gün azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə 2025-ci il dekabrın 4-də Abşeron rayonu ərazisində baş verib. Belə ki, 2004-cü il təvəllüdlü şəxsə qarşı quldurluq cinayəti olub. Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimli şübhəli şəxs qismində saxlanılıblar.
OXŞAR XƏBƏRLƏR