Tülkü əvəzinə iki çobanı vurdu - Goranboyda qəribə hadisə

Tülkü əvəzinə iki çobanı vurdu - Goranboyda qəribə hadisə
SOSİAL
21:14 18.07.2020
1538
Goranboyda açılan atəş nəticəsində iki nəfər xəsarət alıb. 

AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi məlumatına görə, hadisə Ağcakənd qəsəbəsi ərazisində baş verib.

Belə ki, yaylaqda saxladığı ev quşlarının arasına tülkünün girdiyini görən çoban - Kəlbəcər rayonundan məcburi köçkün, 1984-cü il təvəllüdlü Afət Həsənquliyev ona ov tüfəngindən atəş açıb. Atəş nəticəsində yaxınlıqdakı iki çoban – Telman Quliyev gözündən, İslam Əliyev isə bədəninin müxtəlif hissələrindən xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar. 

Faktla bağlı araşdırma aparılır. 
OXŞAR XƏBƏRLƏR