İki dostun öz cihazlarının heyvan səsi çıxaran sistemini yoxlamaq məqsədilə meşə yoluna qoyduğu “iPhon”u tülkü götürüb qaçıb. Hadisə Norveçin paytaxtı Oslo yaxınlığındakı meşədə baş verib. Məlumata görə tülkü cihazdan çıxan dovşan səsini eşidərək yaxına gəlsə də bunun hardan gəldiyini əvvəl müəyyənləşdirə bilməyib. Daha sonra “iPhon”a yaxınlaşan tülkü bir az tərəddütdən sonra cihazı ağzı ilə götürərək qaçıb. Baş verənləri həvəskar kamerə ilə çəkən dostlar bu işə gülsələr də onlar da tülkünün dalıyca qaçıblar.