Tullantılar necə biznesə çevrilir? - “Tullantıların biznesi” kitabı nəşr olundu

Tullantılar necə biznesə çevrilir? - “Tullantıların biznesi” kitabı nəşr olundu
SOSİAL
00:49 14.08.2026
714
Dövlət idarəetməsi üzrə fəlsəfə doktoru (PhD) Ayaz Salmanovun müəllifi olduğu "Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək” adlı yeni kitab işıq üzü görüb.

AZXEBER.COM xəbər verir ki, Təşəbbüslər və Layihələr Mərkəzinin (TLM) direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD) Ceyhun Osmanlının layihə rəhbərliyi ilə ərsəyə gələn kitabda tullantıların idarə olunmasının iqtisadi əsasları, dairəvi iqtisadiyyat prinsipləri və resurslardan səmərəli istifadə yanaşmaları geniş şəkildə təhlil olunur.

Müəllif kitabda ənənəvi "al, istifadə et, at” modelinə alternativ olaraq dünyada geniş tətbiq olunan dairəvi iqtisadiyyat yanaşmasını Azərbaycan oxucusu üçün sistemli və praktik formada təqdim edib.

Kitabın diqqətçəkən cəhətlərindən biri tullantılara yalnız ekoloji problem kimi deyil, iqtisadi dəyər yarada bilən resurs kimi yanaşılmasıdır. Nəşrdə müxtəlif tullantı növlərinin idarə olunması, təkrar istifadə və təkrar emal imkanları, eləcə də bu sahədə tətbiq olunan beynəlxalq təcrübə və biznes modelləri geniş şəkildə izah edilib.

 

Müəllif vurğulayıb ki, tullantının yaranmasının qarşısının alınması tullantıların idarə olunması iyerarxiyasında ən yüksək prioritet hesab olunur. Bununla yanaşı, materialların dövriyyəyə qaytarılması resurslardan daha səmərəli istifadəyə, enerji sərfiyyatının və karbon emissiyalarının azalmasına mühüm töhfə verir.

Niyə məhz "Tullantıların biznesi”?

Ayaz Salmanovun fikrincə, "tullantıların biznesi” ifadəsi ilk baxışda ziddiyyətli görünə bilər. Ənənəvi yanaşmada tullantı xərc mənbəyi hesab olunsa da, müasir dairəvi iqtisadiyyat prinsiplərinə görə tullantı düzgün idarə edildiyi halda yeni iqtisadi dəyər yaradan resursa çevrilə bilər.

Kitabın əsas məqsədi dünya təcrübəsini, ən son texnologiyaları və uğurlu biznes modellərini Azərbaycan oxucusuna çatdırmaq, eyni zamanda onların yerli şəraitdə tətbiq imkanlarını göstərməkdir. Nəşr tullantıların idarə olunması sahəsində çalışan mütəxəssislər, sahibkarlar, dövlət qurumlarının əməkdaşları, müəllimlər, tələbələr və dairəvi iqtisadiyyatla maraqlanan hər kəs üçün praktik bələdçi kimi nəzərdə tutulub.

Tullantı problem deyil, imkandır

Ayaz Salmanov yazıb ki, dairəvi iqtisadiyyata keçid təkcə ekoloji məsuliyyət deyil, həm də iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Kitabda beynəlxalq təcrübə və elmi yanaşmalar əsasında göstərilir ki, resurslardan səmərəli istifadə həm ekoloji yükün azaldılmasına, həm də yeni biznes və investisiya imkanlarının formalaşmasına xidmət edir.

Bundan əlavə, kitabda genişləndirilmiş istehsalçı məsuliyyəti (EPR), tullantıların iqtisadi dəyərə çevrilməsi mexanizmləri və bu sahədə praktik fəaliyyət planları da təqdim olunur.

Bir sözlə, "Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək” tullantıların idarə olunması, dairəvi iqtisadiyyat və resursların səmərəli istifadəsi sahəsində Azərbaycan dilində hazırlanmış praktik nəşrlərdən biri olmaqla, geniş oxucu auditoriyası üçün faydalı mənbə hesab oluna bilər.

Qeyd edək ki, "Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək” kitabının tərtibatçı-dizayneri Brilyant Məmmədova, redaktoru isə Toğrul Rəhimlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
18:29 19.10.2026
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
18:25 19.10.2026
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
18:24 19.10.2026
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
18:13 19.10.2026
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
17:53 19.10.2026
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
17:48 19.10.2026
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
17:37 19.10.2026
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
17:35 19.10.2026
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
17:27 19.10.2026
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
16:55 19.10.2026
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
16:43 19.10.2026
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
16:38 19.10.2026
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
16:38 19.10.2026
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA