TUMİB Şəkidə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində tədbir keçirib

GƏNCLİK
18:30 24.07.2014
2018

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə reallaşdırdığı “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsinin icrasını davam etdirir. Lahiyə çərçivəsində növbəti tədbir bu gün Şəki şəhərindəki Rəşid bəy Əfəndiyev adına 10 saylı tam orta məktəbdə keçirilib.

Şəki Regional Debat Mərkəzinin rəhbəri Dəyanət Elmansoy yeniyetmə və gənclərimizin vətənpərvər ruhda tərbiyyə olunmasinin vacibliyindən danışıb. Mərkəz rəhbəri bildirib ki, gənclərin öz potensiallarını üzə çıxarmaları ücün Azərbaycanda munbit şərait var : “Müxtəlif dövlət qurumları gənclərin fərdi təşəbbüslərini dəstəkləyir,özlərini təsdiqləmələri üçün onlara hər cür şərait yaradırlar. Heydər Əliyev ideyaları gənclərimizin yoluna işıq salır, onların gələcəyə daha nikbin baxmağını təmin edir.Ulu öndərin irsinə bağlılıq tarixə,soy-kökümüzə bağlı olmaqdir. Hər kəs əmin ola bilər ki, Azərbaycan gəncliyi bundan sonra da Heydər Əliyev ideyalarına sadiq olacaq, onun müəyyənləşdirdiyi yolda mətin addımlarla yürüyəcək”.

Layihənin eksperti, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin İdarə Heyətinin üzvü Seymur Verdizadə təmsil etdiyi təşkilatın gənclər arasında vətənpərvərlik ideyalarının təbliği istiqamətində gördüyü işlərdən danışıb. S.Verdizadə bildirib ki, milli donorların fəaliyyətə başlaması Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafına böyük töfhə verib: ”Xarici donorlar milli-mənəvi dəyərlərdən, erməni təcavüzündən, o cümlədən vətənpərvərlik təbliğatından bəhs edən lahiyələrə maliyyə ayırmaqdan boyun qaçırırlar. Milli donorların fəaliyyətə başlaması bu sahədəki boşluğu doldurdu. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Respublikasin Prezidenti yanında QHT–lərə Dövlət Dəstəyi Şürasının bu istiqamətdə gördüyü işlər alqışalayiqdir. Siz gənclər milli donorlarımızla əməkdaşlıq etməklə ümumi işimizə layiqli töfhə verə bilersiz”.

Ekspert deyib ki, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsinin icrasına ötən ildən başlanılıb: “Layihənin aktuallığını nəzərə alıb, cari ildə də onun icrasını davam etdirməyə qərar verdik. Ötən həfrə Qazax və Ağstafa rayonlarında böyük tədbirlər keçirdik. Gələn həftə isə Masallı və Lənkəran gəncləri ilə görüşlərimiz nəzərdə tutulub. Gənclərin yaradıcılıq imkanlarını üzə çıxarmaq üçün layihə çərçivəsində şeir, mahnı və yazı müsabiqələri keçiririk. Sizi bu müsabiqələrdə yaxından iştirak etməyə dəvət edirəm”.

Şəki şəhərindəki Rəşid bəy Əfəndiyev adına 10 saylı tam orta məktəbin ingilis dili müəllimi Xatirə Əliyeva Azərbaycanda pedaqoji sahədə aparılan islahatlardan danışıb. Natiq qeyd edib ki, müəllimlərin qarşısında dayanan əsas vəzifələrdən biri də yeniyetmə və gənclərimizi vətənpərvər ruhda tərbiyyə etməkdir: “Heydər Əliyev dühası ilə yaxından tanışlıq gənclərimizi düz yola, doğru istiqamətə yönləndirir. Yeniyetmə və gənclərimiz ulu öndərimizin irsini öyrənsələr, azərbaycanlı olduqları ilə həqiqətən də fəxr edəcəklər”.

TUMİB Gənclər Mərkəzinin sədri Elnur Camalov, tədbir iştirakçılardan Bəhman Məmmədov, Ramiz İbrahimov, Günel Əfəndiyeva, Nigar Salmanzadə, Ülvi Məmmədli və başqaları çıxış edərək, ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı olacaqlarını vurğulayıblar. Tədbirin sonunda iştirakçıların bir qisminə TUMİB-in xüsusi diplomu təqdim olunub.

OXŞAR XƏBƏRLƏR