Bəzi xəbər portallarında onun haqqında uydurma xəbər və müsahiblərin yayımlanmasından narahat olan aktrisa bu barədə sərt danışıb. “Bəzi jurnalistlər peşəkarlıqdan kənar bir hərəkət edir. Təəsüflər olsun ki, media orqanlarında qeyri- peşakarlıq davam etməkdədir. Belə jurnalistlər Azərbaycan mediasına dolaraq, mətbuatı nüfuzdan salır. İndiyənə kimi bu məsələ ilə bağlı danışmamışam. Ancaq son müsahibəmdə təhriflərə yol verilməsi, iyrənc başlıqla yayımlanması məni narahat edir. Mən aktrisayam, hər hansı bir obrazı filmdə canlandırmağımda qəbahət bir şey görmürəm. Məni jurnalistlərin uydurma xəbərləri narahat edir. Guya son müsahibəmdə fahişə rolunda çəkilmək üçün rejissorlara səslənmişəm. Mən belə bir ifadə işlətməmişəm. Mənim ağlım hələ yerindədi, nə danışdığımı çox gözəl bilirəm. Bu gündən etibarən mən demədiyim sözləri yazan, səviyyəsiz başlıq çıxaran, sözlərimi təhrif edən jurnalistləri və media orqanlarını məhkəməyə verəcəm”.