Tunisə uçan təyyarənin mühərriki dayandı - Bakıda məcburi eniş etdi

Tunisə uçan təyyarənin mühərriki dayandı - Bakıda məcburi eniş etdi
SOSİAL
14:11 29.05.2018
6331
Dohadan Tunisə uçan təyyarə mühərrikinin dayanması səbəbindən Bakıda məcburi eniş edib. 

Heydər Əliyev Beynəlxalq Aeroportun mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumata görə, "Qatar Airways” aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin ikinci mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə saat 11:29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib. 

Göyərtəsində 137 nəfərin olduğu "Airbus A330” təyyarəsi Dohadan Tunisə aviareys həyata keçirirdi.

Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılıb. 

Təyyarə Bakı vaxtı ilə saat 12:16-da uğurlu eniş edib, xəsarət alan yoxdur.
OXŞAR XƏBƏRLƏR