Tünzalə Ağayeva fanatları ilə görüşüb, onlarla səmimi söhbət etdi - FOTO+VİDEO

MAQAZİN
17:12 07.07.2017
14752
Əməkdar artist Tünzalə Ağayeva fanatları ilə görüşüb. 
 
AZXEBER.COM-un məlumatına görə, müğənninin fanatları ilə onu alqışla qarşılayıb. Fanatlar müğənniyə hazırladıqları hədiyyələri təqdim edib.
 
Müğənni görüşdə fanatları ilə səmimi söhbət edib. O uşaqlığından da danışıb: 
"Bəzən olur ki, kimsə oturub filankəs evləndi, boşandı kimi söhbətlər edirlər. O kimi şeylər elə əvvəldən mənə yad olub. Uşaq vaxtı qızlar yığışıb danışardılar ki, filan oğlan filan qızın arxasınca düşür kimi. Mən həmişə belə söhbətlərdən uzaq olurdum. Adətən oğlanlarla dostluq edirdim. İndi də şou-biznesdə müxtəlif xasiyyətli insanlar var. Bəzən deyirlər ki, Tünzalə gəldi, yenə fəlsəfədən danışacaq. Hətta mənə bəzən şou-biznesin müəlliməsi də deyirlər(gülür). Amma buna kişi kimi dözənlər də var”
 
Tünzalə Ağayeva sənət yolunda atdığı ilk addımlardan danışıb. ""Sevdim can səni" mahnısı təzə çıxmışdı. Hamı dinləyib, sevirdi. Avtobusda oturmuşam, yanımda oturanlar deyir ki, bir mahnı çıxıb əla mahnıdı. Amma bilmirdilər ki, mahnının ifaçısı yanlarında oturub ( gülür). İlk klipim çəkiləndə kilolu idim. başıma da yekə bir bant vurmuşdular. Heç nədən xəbərim yox idi. İndi keçmişə baxanda gülürəm”
 
Fanatlar təkcə müğənninin özü deyil də qızı ilə də maraqlanıblar. Əməkdar artist Türkiyədə təhsil alan qızı Fidan haqda da danışıb: "Qızıma heç vaxt qadağa qoymamışam. Nəsə olanda mehribancasına demişəm. Başa salmışam onu ki, bunu etmək düzgün deyil amma sonda seçimi özünə buraxmışam. Mən Fidana həm ata, həm də ana olmuşam. Bir az çətin olsa da mən bunu bacarmışam.”
 
Tünzalə qızı haqda maraqlı xasiyyətin danışıb. "Fidan həm də çox qənaətcil qızdır. Bəzən nəsə alanda biraz ucuza qaçır. Çünki bizim evə qazanc əziyyətlə gəlib. 1 AZN göydən və ya başqa yolla gəlməyib.”
 
Görüşdə daha sonra fanatlar da ürək sözlərini deyib: "Mən uşaq ikən Tünzalə Ağayeva radioların birində aparıcılıq edirdi. Həmin verilişin bütün səs yazıları məndə var, saxlamışam. Hətta elə mahnılar var, onlar yalnız məndədir. Youtube kanalına qoyulmayıb.”
 
Səməmi və maraqlı görüşün sonunda müğənni fanatları ilə birgə "İzin ver” mahnısını ifa edib.
 
Müğənni fanatlarına özəl hədiyyə də edibi. Belə ki, Tünzalənin resepti ilə hazırlanmış keks fanatlara hədiyyə olunub. 

AZXEBER.COM həmin görüşdən ekskuliziv görüntüləri təqdim edir:
 
Müxbir: Nazim Qasımzadə
Foto+video: Nurlan Gülmməmədov

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR