Tünzalə Ağayevanın növbəti qonağı kim olacaq?

MAQAZİN
17:50 04.04.2014
883

Əməkdar artist Tünzalə Ağayeva “TRT Müzik”də yayımlanan “Bir səsin cazibəsi” verilişində bu dəfə türkiyəli pop ifaçısı Sedat Yüceni qonaq edib.

AZXEBER.COM xəbər verir ki, həftənin şənbə günü Bakı vaxtı ilə saat 00:30-da efirə gedəcək verilişdə maraqlı anlar yaşanıb.

T. Ağayeva qonağının peşəkarlığından bəhs edib: “Sedat Yüce həm vokal, həm də nəfəs aləti trompetdə ifası ilə məni heyran etdi. O, tək sənəti ilə məşğul olmur. Musiqi məktəbi yaradıb, burada istedadlı uşaqlara dəstək verir”.Qeyd edək ki, efirdə T. Ağayevanı Ankara Kent Orkestrı müşayiət edir.Sənətçinin geyimlərinin müəllifi isə modelyer Gülnarə Xəlilovadır

OXŞAR XƏBƏRLƏR