“Qızıma vaxt ayıra bilmirəm”.
Əməkdar artist Tünzalə Ağayeva qızına vaxt ayıra bilməməsindən şikayətlənib.
Orta məktəb şagirdi olan Fidana kifayət qədər vaxt ayıra bilmədiyini söyləyən müğənni onunla adətən virtual əlaqə saxladığını bildirib:
“Bakıda olarkən canlı ünsiyyət qururuq. Amma başqa vaxt internet vasitəsilə onunla danışıram. O uşaqdır, hissləri ilə mübarizə aparır, anasının yanında olmaq istəyir. Deyir ki, bütün sinif yoldaşlarımın valideynləri yanındadır. Darıxır mənim üçün. Deyirəm, “Fidan sənin də qismətində Tünzalə Ağayevanın qızı kimi doğulmaq var imiş. Bununla barışmalısan”.(Show.az)


