Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva “TRT-Müzik” kanalında yayımlanan " Bir Səsin Cazibəsi" kanalında Türkiyənin məşhur sənətçisi Müşərrəf Akayı qonaq edib.AZXEBR.COM xəbər verir ki, tamaşaçılar 78- ci ildən bu yana tanınan və çox sevilən Türkiyənin məşhur sənətçisi Müşərrəf Akayla görüşü şənbə günü izləyə biləcəklər: “ Uşaqlıqdan hamımızın tanıdığı, dinlədiyi Müşərrəf Akayı qonaq kimi qarşılamaq ayrı bir həyəcan idi. Ölkəmizi, musiqimizi gözəl tanıyır, Azərbaycanla bağlı xatırələri çoxdur. Yenə də gəlmək arzusundadır.Sənətçi onu da vurğulayıb ki, "Bir səsin Cazibəsi " bu dəfə səməni ilə, bayram xonçası ilə bəzədilib, Novruz ab-havası yaşanıb.