AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Ümrə ziyarəti üçün öncədən bilet alanlar bildirirlər ki, martın 1-i saat 13:00-da Bakı-Ciddə reysi ilə səfər etməli idilər. Lakin səfərə bir gün qalmış onlara uçuşun təxirə salındığı bildirilib.
Bəzi tur şirkətləri isə mart ayına planlaşdırılan ziyarətlərin baş tutub-tutmayacağı barədə ziyarətçilərə dəqiq məlumat verə bilmədiklərini qeyd edirlər:
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən "Xəzər Xəbər"ə verilən məlumata görə, yaxın Şərqdə baş verən son hadisələr ilə bağlı hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Ciddə, həmçinin Dubay, Doha və Təl-Əviv istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılıb. Sözügedən istiqamətlər üzrə ləğv olunmuş reyslərin sərnişinləri aviabiletləri heç bir cərimə ödəmədən geri qaytara və ya dəyişdirə bilərlər. Mətbuat xidmətindən o da qeyd edilib ki, "Azərbaycan Hava Yolları" mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görülür. Sərnişinlər mümkün dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaq.










































