Tur şirkətləri ümrə ziyarətini həyata keçirə biləcəklər? - VİDEO

Tur şirkətləri ümrə ziyarətini həyata keçirə biləcəklər? - VİDEO
SOSİAL
00:32 03.03.2026
261
Yaxın Şərqdə baş verən hadisələr səbəbindən bəzi aviareyslər ləğv edilib. Bakı-Ciddə reysi üzrə uçuşların dayandırılması isə Ümrə ziyarətinə gedənləri çətin vəziyyətdə qoyub.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Ümrə ziyarəti üçün öncədən bilet alanlar bildirirlər ki, martın 1-i saat 13:00-da Bakı-Ciddə reysi ilə səfər etməli idilər. Lakin səfərə bir gün qalmış onlara uçuşun təxirə salındığı bildirilib.

Bəzi tur şirkətləri isə mart ayına planlaşdırılan ziyarətlərin baş tutub-tutmayacağı barədə ziyarətçilərə dəqiq məlumat verə bilmədiklərini qeyd edirlər:

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən "Xəzər Xəbər"ə verilən məlumata görə, yaxın Şərqdə baş verən son hadisələr ilə bağlı hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Ciddə, həmçinin  Dubay, Doha və Təl-Əviv istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılıb. Sözügedən istiqamətlər üzrə ləğv olunmuş reyslərin sərnişinləri aviabiletləri heç bir cərimə ödəmədən geri qaytara və ya dəyişdirə bilərlər. Mətbuat xidmətindən o da qeyd edilib ki, "Azərbaycan Hava Yolları" mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görülür. Sərnişinlər mümkün dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaq.

OXŞAR XƏBƏRLƏR