Şikayət həbsdə saxlama müddətinin 2-ci dəfə uzadılmasına dair Səbail rayon məhkəməsinin qərarından idi.
T. Abbaslının vəkili Anar Qasımov AzadlıqRadiosuna bildirib ki, qərar onlar üçün gözlənilən olub:
«Bilirdik ki, təmin olunmayacaq, ancaq Avropa Məhkəməsinə müraciət etmək üçün bu mərhələdən keçmək lazımdı».
Vəkil qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.
Səbail Rayon Məhkəməsi İctimai Palatanın 2 aprel aksiya ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndiriləndən Tural Abbaslı barəsində seçilmiş həbs-qətimkan tədbirini daha iki ay uzadılıb.
Tural Abbaslı, eləcə də Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədr müavini Fuad Qəhrəmanlı və AXCP üzvü Məhəmməd Məcidli Cinayət Məcəlləsinin ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə (233), eləcə də hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə (315) maddələri ilə təqsirli bilinirlər.
2 aprel aksiyasına görə ümumilikdə 14 nəfər barəsində cinayət işi açılıb. Onlardan 6 nəfərin məhkəməsi gedir.