Bu sözləri AZXEBER.COM-a açıqlamasında Ağ Partiyasının sədri Tural Abbaslı feministlərin Bakıdakı aksiyasına münasibət bildirərkən deyib.
O, qeyd edib ki, biz cəmiyyətin qadın, kişi və ya digər cinsi bölgülər üzrə bölünməsinin tərəfdarı deyilik:
"Bizim belə məsələlərə mövqeyimiz birmənalıdır. Biz cəmiyyətin qadın, kişi və ya digər cinsi bölgülər üzrə bölünməsinin tərəfdarı deyilik. Məsələn, qadın cinayətləri siyasidir, kişi cinayətləri isə qeyri-siyasidir, yəni burada insana cinsinə görə ayrı seçkilik qoyulur. Bu ideoloji xətlər bizim cəmiyyətə, bizim dünyagörüşümüzə, idealoji baxışlarımıza cəmiyyət olaraq ziddir. Bunlar bizim cəmiyyətə sırınmağa çalışır. Bu prosesdə də bəzi insanlar, məsələn dünən aksiya edənlər iştirak edir. Bəziləri orada maraqlı şəkildə iştirak edir, yəni müxtəlif qrantlar alırlar, müxətlif layihələr alır. Oraya dolanışıq yeri kimi baxırlar. Bəziləri isə bunların "xoş” sözlərinə inanıb, guya ki, bunlar da indi Azərbaycanda feminizm kimi, nə "izm” kimi məfhumlar uğrunda mübarizə aparırlar”.

Tural Abbaslı qeyd edib ki, dünənki aksiyada səsləndirilən şüarların heç birinin feminizmə aidiyyatı yoxdur:
"Dünənki şüarların da heç feminizmə nə aidiyyatı var idi, dünya feminizmində şüarların Azərbaycandakına, Azərbaycandakının da dünyadakına heç bir aidiyyatı yoxdur. Yəni, bunlar yad fikirlər, yad ideyalardır və bunlar bizim cəmiyyətdə ayaq tutmayıb, tutmayacaq da. Kimlərsə bunu burada zorla hər nə gücünə ayaqda tutmağa çalışanda, o ayaq tutsa da, yeriməyəcək. Bu baxımdan belə qeyri-ciddi məsələlərə cəmiyyətin diqqət ayırmamasının və bunların ictimai qınaq olunmasının vacibliyini düşünürəm. İmkan vermək olmaz ki, belə zərərli fikirlər, zərərli idealoji xətlər cəmiyyətimizdə möhkəmlənsin”.
Aydın Nuri