Tural Bayramov Eurosport-un siyahısında

İDMAN
17:40 08.04.2015
1943

O, üçrəngli bayrağını qaldırmaqdan şərəf duyduğunu söylədi.

“Best Of Best Promotion”-un idmançısı Tural Bayramov aprel ayının 4-də moldovalı rəqibi Sergey Morarir üzərində möhtəşəm qələbə qazandı. 74 kq çəki dərəcəsində olan idmançımız yarışa getməmişdən əvvəl keçirilən mətbuat konfransında döyüşə yaxşı hazırlaşdığını söyləmişdi.

AZXEBER.COM xəbər verir ki, döyüş gecənin ən yaxşı, ən möhtəşəm gecəsi idi və Eurosport-un top ən gözəl döyüşü siyahısına daxil edildi.

Moldovanın eks prezidenti Voronin Vladimir Nikoloevich şəxsən özü Tural Bayramovu ayaqüstü alqışladı və onunla görüşdü. O, məhz Turalın döyüşünü bəyəndiyini söylədi.

Döyüşün sonunda jurnalistlər Turalın döyüş barədə fikirlərini aldılar. Sonda isə Tural Azərbaycanın üçrəngli bayrağını qaldırmaqdan şərəf duyduğunu söylədi.

Xatırladaq ki, Tural Bayramov peşəkar K1 döyüşçüsü və “Best Of Best Promotion” idmançısı, dünya çempionu, KOK dünya kəmərinin sahibi, “K1 World Max” final mərhələsinin iştirakçısıdır.

OXŞAR XƏBƏRLƏR