Tural Gəncəliyev: “Ermənistanın indiki rəhbərliyi məsuliyyəti dərk etmir”

Tural Gəncəliyev: “Ermənistanın indiki rəhbərliyi məsuliyyəti dərk etmir”
SİYASƏT
12:51 20.09.2020
620
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan televiziyalarına müsahibəsi zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirləri, münaqişənin indiyə qədər həll olunmamasında qaranlıq məqamlar axtaran bütün tərəflərin suallarına tutarlı cavabdır. Azərbaycan Prezidentinin bütün həqiqətləri söyləməsi rəsmi Bakının şəffaf və xalqdan heç bir gizli siyasət aparmadığını bir daha sübut etdi”.

Bu fikirləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev mətbuat nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib.

İcma rəhbəri bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin indiyə qədər həll olunmamasında başlıca səbəb Ermənistanda hakimiyyətdə olan şəxslərin riyakarlığı, yalançı olmalarıdır.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müsahibəsində münaqişə ilə bağlı bütün suallara cavablar var. Ermənistanda sonuncu hakimiyyət dəyişikliyindən sonra münaqişənin həlli ilə bağlı müəyyən ümidlər yaranmışdı. Paşinyan hökumət başçısı olandan sonra özündən əvvəliki hakimiyyətlərin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səhv siyasətini tənqid etməsi, münasibətlərdə yeni yanaşma siyasəti ilə bağlı mesajlar, təkcə Azərbaycanda yox, həmçinin münaqişənin həllində vasitəçilik missiyası həyata keçirən ATƏT-in Minsk qrupunda da yeni ümidlərə səbəb olmuşdu. Çox keçmədi ki, bunun əksini gördük.

Münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda irəlləyişin olmaması, cəbhə xəttində baş verən erməni təxribatları Nikol Paşinyanın da sələflərinin yolu ilə getdiyini göstərdi. Hesab edirəm ki, Paşinyan sələfləri kimi, riyakar, yalançı olmasaydı, ən əsası verdiyi sözün üstündə dayansaydı, bu gün münaqişənin həlli ilə bağlı tam başqa mənzərənin şahidi olacaqdıq. Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir”.

Tural Gəncəliyev qeyd edib ki, bu gün Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar aparılmır.

"Rəsmi Bakı bəyan edib ki, Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək və Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq niyyətində deyil. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir”.

İcma rəhbəri Azərbaycanın işğal olunmuş ərazilərində İslam mədəni irsimizə qarşı təhqiramız münasibət fonunda bəzi İslam ölkələrinin rəsmi Yerevana sərgilədiyi münasibətə də toxunub. "Biz Şuşada, Ağdamda və digər ərazilərimizdə məscidlərimizlə bağlı arzuolunmaz halların şahidi olmuşuq. Şuşanın 17 məhəlləsində 17 məscid olub. Bu gün Yuxarı Gövhər Ağa məscidindən başqa bütün məscidlər dağıdılıb. Yuxarı Gövhər Ağa məscidi də fars mədəniyyət mərkəzi kimi təqdim olunur. İşğal altında olan digər ərazilərimizdə olan məscidlərimiz də yerlə yeksan edilib. Bütün bunların fonunda bəzi islam ölkələrinin Yerevana isti münasibəti suallar doğurur. Əgər bu ölkələr islam dəyərlərinə sadiqdirlərsə və İslam dəyərlərinin qorunmasında səmimidirlərsə, onda Qarabağda mövcud olmuş onlarla məscidin dağıdılmasına niyə səssiz qalırlar?”.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO