"Bu gün Paşinyana qarşı bölgələrdə daha ciddi əks təbliğat qrupları formalaşıb: Diqqət etsək görərik ki, Ermənistanda Konstitusiya Məhkəməsinin sədri Tovmasyanın cinayət işinə cəlb olunması və onun siyasi bəyanatları əhali arasında çaşqınlıq yaradır".
Son dövrlər Ermənistanda yetişən anti-Paşinyan çağırşların Ermənistanda təlatümlər yaradacağını bildirən politoloq bildirib ki, sıravi ermənilər Konstitusiya Məhkəməsi sədrinin siyasi bəyanatlar verərək, baş naziri saymaması və onunla açıq mübarizəyə getməsini ölkədəki idarəetmə mexanizminə olan sayğısızlıq kimi qələmə verirlər. Bunların fonunda Paşinyan da Tovmasyan və ailəsini təqib etdirir, ölkədə hüquqi qalmaqal elementləri siyasi çaxnaşmanı da artıq üstələyib. Rahat proqnozlaşdırmaq mümkündür ki, bu hadisələr nəhayətdə Paşinyanın özünə hökumət çevrilişi formasında geri dönəcək. Həmçinin, Qarabağ klanı və separatçı Saakyan qruplaşmaları da Ermənistanın paytaxtdankənar bölgələrində Paşinyanın leyhinə bir komanda formalaşdırır. Erməni mediasında son dövrlər bölgələrdəki idarəetmə strukturlarında rəhbər şəxslərin baş naziri açıq tənqid etməsi dediklərimizin bariz sübutudur.”

Politoloq vurğulayıb ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan da Paşinyana qarşı mübarizə aparır:
" Koçaryanın tərəfdarları onun həbsdən azad edilməsini tələb edən və hakimiyyətin özbaşnalıqlarını pisləyən bəyanatla çıxış etdilər, imzatoplama kampaniyaları və müxtəlif aksiyalar keçirdilər. Ölkədə korrupsiya ilə bağlı Sarkisyan və digər siyasi kriminalitetin təqibi də digər müqavimət cəbhəsinin gizli formada güclənməsinə səbəb olur. Ölkə hazırda daha betər korrupsiya bataqlığında üzür. Ermənistanda korrupsiyaya qarşı mübarizə sahəsində hər hansı bir hökm verilməyib. Robert Köçəryandan başqa, qalan bütün talançılar azad gəzərək, bəzi hallarda talan etdiklərini yeni Paşinyan hakimiyyətinin üzvləri ilə əməkdaşlıq etməklə açıq-aşkar istifadə etməkdə davam edirlər. Məsələn, İşxan Zakaryan, ümumerməni oyunlarının təşkilatçısı olaraq qalmaqda davam edir və dəfələrlə onun fəaliyyəti Paşinyan və onun müavini Tiqran Avinyan tərəfindən legitimləşdirilib. Paşinyan tərəfindən "əsrin rüşvətxoru” elan edilmiş, sabiq nazirlərdən daha biri olan Aram Harutyunyan 14 milyon rüşvət almaqda ittiham edilsə də, "təminatlı şəkildə” hüquq mühafizə orqanlarından hələ də gizlənir.”
Paşinyana qarşı digər mübarizə cəbhəsinin keçmiş güc strukturları əməkdaşları tərəfindən formalaşdığını bildirən politoloq vurğulayıb ki, bu, daha ciddi siqnal xarakteri daşısa da, Paşinyanın başı siyasi şoulara qarışıb:
"Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan aktiv siyasi proseslərlə məşğuldur. Artur Vanesyan bu il sentyabrın 16-da istefa verib. Onun istefa bəyanatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saytında yerləşdirilsə də, sonradan silinib. Vanetsyan çox sərt siyasi bəyanatlar verir və siyasi müxalifətçiliklə aktiv məşğul olur. ABŞ-a səfəri zamanı Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Vanetsyanı ciddi təhqir edərək onun davranışının zabit "poqonlarını” zibil qutusuna atmaq kimi dəyərləndirmişdi.”
Tural İsmayılov bildirib ki, Ermənistanda 2020-ci ildə inqilab və siyasi xaos kuliminasiya nöqtəsində olacaq.