Turan İbrahimov canlı yayımda "Açıq Söhbət" edəcək (EKSKLÜZİV)

Turan İbrahimov canlı yayımda "Açıq Söhbət" edəcək (EKSKLÜZİV)
MEDİA
22:51 01.09.2011
3151
Məşhur telejurnalist, deputatlığa keçmiş namizəd Turan İbrahimov yenidən efirə qayıdır.Bu  haqda AZXEBER.COM-a telejurnalistin özü məlumat verib: "Yeni layihəylə efirə qayıdıram. Yeni verlişimin adı "Açıq söhbət" olacaq. ANS-də həftənin cümə günləri 23:00-da yayımlanacaq. İctimai-siyasi və sosial mövzuları əhatə edəcək. Debat üzərində qurulmuş tok-şou olacaq".    

Turan İbrahimov 1 il efirdən kənar qalmasına da aydınlıq gətirib: "Bəziləri elə bilirlər ki, bu bir ildə efirə çıxmamağımın səbəbi "Günəbaxan"dakı tənqidlərim olub. Yəni məni efirdən kənarlaşdırıblar. Amma seçkilərə qatıldığım üçün qanunla efirdən gettməli idim. Sonra isə sezonun ortası olduğu üçün özüm qayıtmadım. Həm də siyasi proseslərdə rahat iştirak etmək üçün bu mənə lazım idi. İndi isə sırf ictimai-siyasi bir verilişlə, mənə lazım olan məqamda qayıdıram".

OXŞAR XƏBƏRLƏR