Turan İbrahimov yeni mövsümdə efirə geri qayıdacaq?

Turan İbrahimov yeni mövsümdə efirə geri qayıdacaq?
ŞOU-BİZNES
00:51 21.08.2011
1659

Populyar azərbaycanlı teleaparıcı Turan İbrahimov 2010-cu ildə Milli Məclisə seçkilərlə əlaqədar aparıcılıq fəaliyyətini dayandırmışdı. AZXEBER.COM xəbər portalı "Trend Life"-a istinadən bildirir ki, o, bir il sonra yenidən efirə qayıda bilər. "Parlamentə seçkilərlə bağlı, qanunun tələb etdiyi qaydada, öz fəaliyyətimi bir müddət dondurmalı oldum", - deyə Turan (Samir) İbrahimov bildirib. Aparıcı yeni mövsümdən veriliş aparacağını istisna etməyib: "Şou-bizneslə birdəfəlik qurtarmışam. Efirə də o halda qayıdacam ki, ictimai-siyasi verilişlərdə aparıcı olum. Bir neçə teleşirkətdən təkliflər var, götür-qoy edirəm. Yeni mövsümdə ola bilsin ki, efirə çıxım".

OXŞAR XƏBƏRLƏR