“Turan Tovuz” “Araz-Naxçıvan”a uduzdu

“Turan Tovuz” “Araz-Naxçıvan”a uduzdu
İDMAN
21:46 24.08.2025
181
Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

AZXEBER.COM xəbər verir ki, günün ikinci matçında "Turan Tovuz” "Araz-Naxçıvan”la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1

Qonaqların heyətində 38-ci dəqiqədə Şarl Boli, 52-ci dəqiqədə Ba-Muaka Simakala fərqlənib. Tovuz klubunda isə Alexandro Serrano 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

"Araz-Naxçıvan” xallarının sayını 4-ə çatdırıb. "Turan Tovuz” isə 3 xalda qalıb.
OXŞAR XƏBƏRLƏR