“Turan Tovuz” avrokuboklardan uzaqlaşdırıldı

“Turan Tovuz” avrokuboklardan uzaqlaşdırıldı
İDMAN
11:02 03.06.2026
493
"Turan Tovuz” UEFA tərəfindən avrokuboklardan kənarlaşdırıldığını rəsmən təsdiqləyib.

AZXEBER.COM xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tovuz təmsilçisinin yaydığı açıqlamada bildirilir:

"2025/2026-cı illər mövsümündə bütün idman prinsiplərinə əməl edərək mövsümü 3-cü pillədə başa vurduq və haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA İntizam Komitəsi klubumuzun kriteriyalara cavab verib-verməməsinə dair araşdırma aparıb. AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını əsas götürən qurum 2 iyun 2026-cı il tarixində klubumuzu 2026/2027-ci illər mövsümündəki UEFA-nın idman yarışlarında iştirakdan kənarlaşdırılıb.

AFFA İntizam Komitəsi tərəfindən 2019-2020-ci illər mövsümündə I Divizionda çıxış edən komandamızın 7 futbolçusuna futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulmuşdu. Bildirmək istəyirik ki, klubumuz tərəfindən qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə qazandığımız Konfrans Liqasında iştirakımızın təmin edilməsi üçün bu gündən etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq.
Əlavə olaraq bildiririk ki, Konfrans Liqasına hazırlıq planlarımızda hər hansı dəyişiklik yoxdur. Bu ay komanda üzvləri toplanacaq və Türkiyəyə təlim-məşq kampına yollanacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
08:52 08.11.2026
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
08:43 08.11.2026
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Koalisiya qüvvələri husilərin ballistik raketini vurub
08:34 08.11.2026
Koalisiya qüvvələri husilərin ballistik raketini vurub
Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür
08:25 08.11.2026
Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür
XİN: Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir
08:18 08.11.2026
XİN: Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
08:12 08.11.2026
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
"İnter Mayami" MLS-də "Şarlott"la heç-heçə edib
08:01 08.11.2026
"İnter Mayami" MLS-də "Şarlott"la heç-heçə edib
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
07:54 08.11.2026
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
Çilidə avtobusun yük maşını ilə toqquşuması 12 nəfərin ölümünə səbəbə olub
07:45 08.11.2026
Çilidə avtobusun yük maşını ilə toqquşuması 12 nəfərin ölümünə səbəbə olub
Messinin loqolu çantası diqqət mərkəzinə düşdü
07:00 08.11.2026
Messinin loqolu çantası diqqət mərkəzinə düşdü
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
06:48 08.11.2026
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
06:36 08.11.2026
Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
İran raketlərinin uçuş məsafəsinə qoyulan məhdudiyyəti götürdü
06:23 08.11.2026
İran raketlərinin uçuş məsafəsinə qoyulan məhdudiyyəti götürdü
Tankerdən meyitlər tapıldı
06:13 08.11.2026
Tankerdən meyitlər tapıldı
Günəşin gələcəyi ilə bağlı Yeni KƏŞF
06:00 08.11.2026
Günəşin gələcəyi ilə bağlı Yeni KƏŞF
Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək
05:48 08.11.2026
Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək