“Turan Tovuz” “Sumqayıt”a məğlub oldu

“Turan Tovuz” “Sumqayıt”a məğlub oldu
İDMAN
23:00 16.03.2025
143
Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulub.

AZXEBER.COM  "Qafqazinfo"ya istinadən xəbər verir ki, turun qapanış matçında isə "Turan Tovuz” "Sumqayıt”ı qəbul edib.

Üç qolun qeydə alındığı oyunda qonaqlar əzmkar qələbəyə seviniblər.

Daha öncə keçirilmiş "Kəpəz” – "Qarabağ” matçında (0:0) qapılara qol vurulmayıb, "Araz-Naxçıvan” – "Şamaxı” və "Sabah” – "Zirə” oyunları isə oxşar hesabla (1:1) yekunlaşıb. "Səbail” də "Neftçi”yə uduzub – 1:2.

Azərbaycan Premyer Liqası
27-ci tur
16 mart

"Turan Tovuz” – "Sumqayıt” 1:2
Qollar: Ayxan Hüseynov, 8 – Ayxan Süleymanlı, 17. Bobur Abduholikov, 68.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu, 18:30.
OXŞAR XƏBƏRLƏR