“Turan Tovuz”da yeni hücumçu

“Turan Tovuz”da yeni hücumçu
İDMAN
23:55 24.01.2026
1358
"Turan Tovuz" klubu İngiltərə "Aston Villa"sının yetirməsi olan Coş Cinnellini transfer edib.

AZXEBER.COM xəbər verir ki, 28 yaşlı hücumçu ilə 1,5+1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Cinelli son olaraq İngiltərə Çempionşipində mübarizə aparan "Suonsi"nin formasını geyinib. Karyerası ərzində vətənində "Şrusberi", "Börnli", "Altrinhem", "Linkoln", "Tranmer", "Uolsol", "Preston", "Bristol Rovers", Şotlandiyada isə "Harts"ın şərəfini qoruyub.
OXŞAR XƏBƏRLƏR