"Turan"a qarşı sanksiyalar bərpa olunub? - Baş Prokurorluqdan açıqlama

"Turan"a qarşı sanksiyalar bərpa olunub? - Baş Prokurorluqdan açıqlama
MEDIA
15:48 19.09.2017
1061

"Turan" İnformasiya Agentliyində aparılan yoxlamalarla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda deyilir:

Hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək.

"Turan" İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir.

OXŞAR XƏBƏRLƏR