"TuranBank" ağacəkmə aksiyasında iştirak edib

"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
İQTİSADİYYAT
15:53 28.04.2025
153
Ölkənin aparıcı banklarından biri "TuranBank" ASC Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə təşkil edilən ağacəkmə aksiyasına qoşulub.

Azərbaycan Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), "Azərbaycan Banklar Assosiasiyası" (ABA) ictimai Birliyinin birgə təşkilatçılığı ilə artıq 3 ildir təşkil edilən genişmiqyaslı ağacəkmə aksiyasında assosiasiyaların məsul şəxləri və üzv təşkilatların 250-yə yaxın nümayəndəsi iştirak edib.

Ölkədə meşə fondunun bərpası və yaşıllıqların salınması məqsədi ilə Abşeron rayonunun Müşfiqabad qəsəbəsində 50 hektar ərazidə 30 mindən çox iqlimə uyğun müxtəlif növ ağacların əkilməsi və suvarma sisteminin qurulması nəzərdə tutulub. Aksiya zamanı 1 hektar ərazidə 625 ədəd Eldar şamı və zeytun ağacları əkilib.

Bu aksiya ETSN, ABA, Azərbaycan Mərkəzi Bankı, "Azərbaycan Sığortaçılar Assosiasiyası", "Azərbaycan Mikromaliyyə Assosiasiyası", "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" və "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birlikləri arasında 13 mart 2023-cü il tarixində "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”u çərçivəsində baş tutub. Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə bağlı müvafiq işlər görülməsindən ibarətdir.

"TuranBank" ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirəcək, ETSN ilə birgə planetimizin mühafizəsi üçün mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edəcəkdir.

"TuranBank"

Bizimlə etibarlıdır …

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR