TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

İQTİSADİYYAT
16:01 13.12.2024
750
Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində lider banklardan biri olan TuranBank, nüfuzlu Enabling Qapital şirkətinin vasitəçiliyi ilə EMF Mikromaliyyə Fondu ilə yerli valyutada yeni kredit müqaviləsi imzalayıb.

Müqaviləyə əsasən, beynəlxalq maliyyə qurumu TuranBank üçün 3 illik müddətə 5 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) sintetik kredit ayırıb. Cəlb edilən vəsait Bankın rəqabət qabiliyyətinin və maliyyə inklüzivliyinin artırılması istiqamətində olan strateji hədəflərinə uyğun olaraq kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarların yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək.

 "Ölkəmizin, xüsusilə regionlarda dayanıqlı iqtisadi artımın təmin edilməsi istiqamətində Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin formalaşması və inkişafı üzrə maliyyə dəstəyinin artırılması zəruridir və bu sahənin maliyyələşdirilməsi istiqamətində Avropanın nüfuzlu EMF fondu ilə imzaladığımız kredit müqaviləsini məqsədyönlü fəaliyyətin nəticəsi hesab edirik. Cəlb edilən vəsaitin kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarların yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcəyinə əminik.”- deyə TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev qeyd edib.

Məlumat üçün qeyd edək ki, yarandığı tarixdən etibarən 32 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuş TuranBank mikro, kiçik və orta sahibkarlıq subyektlərinin  maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), EMF Mikromaliyyə Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İncofin İnvestisiya fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB) və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə kiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər