“TuranBank” nüfuzlu beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

“TuranBank” nüfuzlu beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib
İQTİSADİYYAT
15:07 28.02.2025
569
Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan "TuranBank” ASC uğurlu fəaliyyəti sayəsində beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir.

Belə ki, "TuranBank” və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) arasında kiçik və orta biznesin maliyyələşdirilməsini genişləndirmək məqsədilə yeni kredit sazişi imzalanıb. Sazişə əsasən beynəlxalq maliyyə qurumu Banka 2 illik müddətə 6 milyon ABŞ dolları ekvivalentində Azərbaycan manatında kredit ayırıb.

"Qara Dəniz Ticarət və İnkişaf Bankı olaraq ölkədə kiçik və orta sahibkarlıq sektorunun dəstəklənməsi istiqamətində "TuranBank” ilə tərəfdaşlığımızı davam etdirməkdən məmnunuq. Bu saziş sahibkarlara inkişaf etmək, yenilik etmək və inklüziv iqtisadi inkişafa nail olmaq üçün lazım olan resurslara çıxış imkanı verəcək, eyni zamanda ölkədə, xüsusilə regionlarda dayanıqlı iqtisadi artımın təmin edilməsi və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək. Birgə səylərimizin gələcəkdə əhəmiyyətli nəticələr verəcəyinə əminik”- deyə QDTİB-in prezidenti Serhat Köksal bildirib.

"TuranBank” ilə Qara Dəniz Ticarət və İnkişaf arasında bağlanan bu müqavilə üzrə yerli valyutada cəlb edilən vəsait Bankın fəaliyyət strategiyasında əsas hədəf olan mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə yönəldilərək, ölkə ərazisində fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaq. Bu saziş beynəlxalq maliyyə institutlarının Bankımızın etibarlı tərəfdaş olaraq uzunmüddətli sabitliyi və davamlı inkişafına olan inamının daha bir mühüm göstəricisidir.” - deyə "TuranBank” ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev qeyd edib.

Məlumat üçün bildiririk ki, "TuranBank” 2011-ci ildən Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirərək müxtəlif biznes sahələrinin maliyyələşdirməsini reallaşdırıb. Bank cəlb etdiyi bu vəsait hesabına Kiçik və Orta sahibkarlığın inkişafına dəstək göstərməkdə davam edəcək.

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Qara dəniz bölgəsi ölkələrinin regional inkişafını və əməkdaşlığını dəstəkləmək məqsədilə 1999-cu ildə fəaliyyətə başlayıb. QDTİB üzv ölkələrdə dövlət və özəl sektorda layihələr və ticarətin maliyyələşdirilməsi məqsədi ilə kreditlər, kredit xətləri, səhmdar kapitalı və zəmanətlər verərək iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir. Bank regional əməkdaşlığın inkişafı prinsiplərini əsas tutaraq üzv ölkələrdə layihələrin maliyyələşdirilməsində və kapitalında iştirak edir.

Yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə "TuranBank” daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuşdur. Bank Azərbaycanın maliyyə sektorunda stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, "TuranBank”ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.

"TuranBank”

Bizimlə etibarlıdır...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
19:31 28.02.2025
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
19:18 28.02.2025
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
19:09 28.02.2025
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
18:56 28.02.2025
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
17:20 28.02.2025
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
17:18 28.02.2025
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
17:02 28.02.2025
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
16:55 28.02.2025
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
16:48 28.02.2025
Mənzurə yenidən plastik əməliyyat etdirəcək