Turanı qətlə yetirən idmançı: “O, məni təhqir etdiyinə görə bıçaqladım”

Turanı qətlə yetirən idmançı: “O, məni təhqir etdiyinə görə bıçaqladım”
SOSİAL
17:08 16.05.2023
1331
Şağan olimpiya idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun məhkəmə iclası davam etdirilib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, T.Rüstəmovun anası Sevinc Xəlilova zərərçəkmiş şəxsin hüquqi varisi kimi, atası Zəka Rüstəmov isə şahid qismində tanınıb.

Daha sonra prokuror Rauf Malışov iş üzrə ittiham aktını elan edib.

R.Səfixanov elan edilmiş ittiham üzrə özünü qismən, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.

O deyib ki, hadisə məhz söyüş üstündə baş verib:

"Turnirə komandamızla birlikdə getmişdik. Yarışa baxmaq üçün özümə yer axtarırdım. Bir də gördüm ki, Turan ayağını oturmaq istədiyim oturacağın üstünə qoyub. Ona nəzakətlə ayağını götürməyini dedim. Turan isə əvəzində məni təhqir etdi. Buna görə onun sifətinə şillə vurdum. Daha sonra o, mənə təpik vurdu və beləcə əlbəyaxa olduq. Yarışdan qabaq isə az miqdarda spirtli içki qəbul etmişdim. Dava edən zaman bıçaq cibimdən yerə düşdü. Həmin bıçağı "1001 xırdavat" mağazasından almışdım. Eyni zamanda idman kompleksi ilə üzbəüz yerləşən mağazadan yarışdan gec çıxacağımızı nəzərə alaraq kolbasa, sərinləşdirici içkilər və çörək almışdım. Bıçağı da məhz kolbasa doğramaq üçün istifadə edəcəkdim.

Dava əsnasında Turan mənim valideynlərimi söydü. Bundan sonra bıçaqla onu vurdum. Hadisədən dərhal sonra polislərə özüm təslim oldum. Törətdiyim əməldən peşmanam".

Daha sonra iş üzrə şahid qismində T.Rüstəmovun atası Zəka Rüstəmov dindirilib. Onun sözlərinə görə, hadisə baş verən zaman dostları ilə birgə yaşadığı Yevlax rayonunda olub: "Çay içirdik və birdən Nail müəllim mənə zəng vurub dedi ki, Turanı bıçaqlayıblar, təcili Bakıya gəlim. Artıq yola rəvan olanda xəbər aldım ki, oğlum rəhmətə gedib. Turan keçmiş həyat yoldaşımla birgə yaşayırdı".

Məhkəmədə zərərçəkmişin hüquqi varisi S.Xəlilova da ifadə verib. O qeyd edib ki, mərhum oğlu hər zaman həmyaşıdlarından öz tərbiyəsi və təmkini ilə seçilib: "Turanı kasıbçılıqla böyütmüşəm. Onun yaşamaq həvəsi olduqca böyük idi, 9 yaşından idmanda böyük nailiyyətlər qazanmağa başlamışdı. Hadisə günü mənə zəng edib dedilər ki, Turan kiminləsə dalaşıb. Sonradan ölüm xəbərini eşitdim, qulaqlarıma inana bilmədim. Məhkəmədən Turanı öldürən şəxsə ən ağır cəzanın verilməsini istəyirəm".

Prosesdə şahid qismində Turanın məşqçisi Əliağa Səfərov da dindirilib. O, hadisə zamanı kompleksin digər tərəfində olduğunu bildirib: "Təxminən 14:30-da Turanın çəki dərəcələri mübarizəyə qoşuldular. O, birinci və ikinci görüşünü yüksək səviyyədə keçirərək qələbə qazanmışdı. Hadisədən əvvəl Turanı cinayətin baş verdiyi yerdə oturdaraq hakimlər komitəsinə tərəf getdim. Hakimlərdən onun növbəti rəqiblərinin kim olması ilə maraqlandım. Daha sonra dava düşdüyünü gördüm, yaxınlaşanda Turanı qan içində idi".

Məhkəmənin növbəti iclası mayın 23-ə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü R.Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü T.Rüstəmovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
18:29 28.07.2026
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
18:10 28.07.2026
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
17:59 28.07.2026
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
17:47 28.07.2026
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
17:34 28.07.2026
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
17:29 28.07.2026
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
17:21 28.07.2026
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
15:56 28.07.2026
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
15:55 28.07.2026
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."