Məşhur psixoloq İlhamə Mustafayeva 16 yaşlı idmançı Turan Rüstəmovun ölümünü lentə alan şəxsləri tənqid edib.
AZXEBER.COM xəbər verir ki, psixoloq İlhamə Mustafayeva Turanın qətlə yetirilməsi zamanı insanların həmin qətli telefonla soyuqqanlı şəkildə videoya çəkməsi və paylaşmasını sərt tənqid edib.
Psixoloq bildirib ki, bu həyat bumeranqdır və Turanın başına gələnlər onların da başına gələ bilər:
"Üzümü tuturam Turanın ölümünü anbaan görüntüyə alanlara! Nə qazandınız? Ümumiyyətlə, siz bunu necə bacardınız? Bir insanın həyatına son qoyulan o dəqiqələri izləmək sizə hansı hissi yaşatdı? Mələk simalı, igid, yaraşıqlı Turanın həyatına son qoyan məxluqun adı məlumdur. O, birmənalı olaraq cinayətkar və qatildir. Bəs sizin adınız nədir? Özünüz özünüzə bir ad düşünün. Gecə necə yatırsınız? Sizin vicdanınız varmı? Siz bu vicdan yükü ilə necə yaşayacaqsınız? Niyə biz bir hadisə baş verən zaman yardım əlimizi uzatmaq əvəzinə telefona əl atırıq? Özünüzü Turanın yerinə qoyun, düşünün ki, həyat bumeranqdır, onun yaşadığını siz də yaşaya bilərsiniz. Sizə xoş olarmı sizi kimsə çəksin?”
Ayşən