Türk alim Nobel mükafatı aldı

DÜNYA
03:00 08.10.2015
1756

Kimya üzrə Nobel mükafatı alan 3 nəfər arasında türk elm adamı Əziz Sancar da yer alıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsveç Krallığı Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən verilən Nobel mükafatları sahibini tapıb.

Kimya üzrə Nobel mükafatı alan türkiyəli müsəlman elm adamı Əziz Sancar, bu mükafata DNT analizləri üzərində apardığı araşdırmaya görə layiq görülüb.

Məlumat üçün bildirək ki, Əziz Sancar daha öncə xərçəng xəstəliyinin müalicəsində “ritmli saat” kəşf edərək dünya miqyasında tanınmışdı.

Qeyd edək ki, Ə.Sancardan başqa digər Nobel mükafatçıları amerikalı Pual Modrik və isveçli Tomas Lindahl olub.

OXŞAR XƏBƏRLƏR