Türk alimləri Antraktidada yeni canlı növü kəşf etdilər

Türk alimləri Antraktidada yeni canlı növü kəşf etdilər
MARAQLI
12:03 02.10.2024
301
Qərbi Antarktidada yeni bir canlı növü kəşf edilib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyəli professorların Antraktidanın 3 adasında  birgə araşdırmaları nəticəsində yeni canlı növünü kəşf etdikləri məlum olub. 
 
Harpacticus tae adlanan bu növ 6-cı Türkiyə Antarktika Ekspedisiyası çərçivəsində toplanan nümunələrlə aşkar edilib.
 
TÜBİTAK tərəfindən də dəstəklənən tədqiqatın nəticələri (Layihə №: 121Y372) beynəlxalq nüfuzlu jurnallardan biri olan Polar Biology-də dərc edilib.

Harpacticus tae adı "Türk Antarktika Ekspedisiyası"nın abbreviaturasıdır və Türkiyənin Antarktidadakı elmi fəaliyyətlərinə və ekspedisiyalarına istinad olaraq seçilib.
 
Antarktidanın bentik yaşayış yerindən müəyyən edilən növlərin əsas istehlakçı kimi mühüm ekoloji rol oynadığı düşünülür. Bu kəşf Türkiyənin Antarktidadakı ekosistemlərin daha yaxşı başa düşülməsinə və qütb tədqiqatlarına verdiyi töhfəni vurğulayır.
 
Oksana

OXŞAR XƏBƏRLƏR