Türk DJ studiyada öldü

DÜNYA
10:33 23.09.2013
1124
Türkiyənin Kastamonu şəhərindəki Radyo 37-nin baş meneceri və DJ-yi, 35 yaşlı Fatih Türkönde dünən gecə yerli vaxtla saat 2 radələrinədək efirdə olub.
Lakin səhər saatlarında onun meyiti aşkarlanıb.
DJ-in kiçik qardaşı bu səhər radiostansiyanın ofisinə girəndə qardaşını yerə sərilmiş vəziyyətdə görüb. Fatih Türkönde ölmüşdü.
Kastamonu Dövlət Xəstəxanasına aparılan F.Türkönde barədə ekspertizanın rəyinə görə, o, kəskin ürəktutmadan vəfat edib.//milli.az

OXŞAR XƏBƏRLƏR