"Türk dövlət başçılarının azad edilmiş torpaqlara səfəri qardaşlıq həmrəyliyinin təzahürüdür" - Deputat

"Türk dövlət başçılarının azad edilmiş torpaqlara səfəri qardaşlıq həmrəyliyinin təzahürüdür" - Deputat
SİYASƏT
15:22 12.07.2024
379
"Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri də Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsidir. Bu istiqamətdə Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər daim Türk dövlətləri tərəfindən müsbət qarşılanır. Ölkəmizin növbəti beynəlxalq təşəbbüsü də bu istiqamətdə atılan addımlardandır. Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Azərbaycanın təşəbbüsüdür”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

"Son illər Türk Dövlətlərinin qarşılıqlı əlaqələrinin daha da sıxlaşması digər məsələlərdə də özünü göstərir. Türk dünyasının böyük coğrafi məkanı əhatə etməsinə baxmayaraq, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur. Bununla yanaşı qarşıya qoyulmuş əsas məqsədlərdən biri olan Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməsi yolunda da inamı addımlar atılır. Biz unutmamalıyıq ki, zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir. Bundan da mütləq şəkildə Türk dünyası birləşərək səmərəli şəkildə istifadə etməlidir. Cənab Prezident həmişə qeyd edir ki, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu inkişafda da gördüyümüz kimi Preziden İlham Əliyev böyük əmək sərf edir. Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığı üçün Azərbaycan Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür”, - deyə millət vəkili vurğulayıb.

Deputat qeyd edib ki, xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir:
 
"Biz bunu işğaldan azad edilmiş tarixi torpaqlarımıza səfərlər zamanı da müşahidə etdik. Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etməsi artıq türk dövlətlərinin də bizim yanımızda olması və türk dünyasının inkişafına töhfə verməsinin təzahürüdür”.
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
15:09 16.03.2026
İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
15:05 16.03.2026
“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ
15:01 16.03.2026
Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ
Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
15:01 16.03.2026
Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
BƏƏ neft yükləmə əməliyyatlarını dayandırdı
14:58 16.03.2026
BƏƏ neft yükləmə əməliyyatlarını dayandırdı
Hisslərini ən güclü şəkildə ifadə edən 5 BÜRC
14:47 16.03.2026
Hisslərini ən güclü şəkildə ifadə edən 5 BÜRC
Əraqçi: ABŞ və İsrailə atəşkəs üçün müraciət olunmayıb
14:45 16.03.2026
Əraqçi: ABŞ və İsrailə atəşkəs üçün müraciət olunmayıb
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
14:40 16.03.2026
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
Gizli münasibətlərdə evlilik nisbəti daha yüksəkdir - ARAŞDIRMA
14:35 16.03.2026
Gizli münasibətlərdə evlilik nisbəti daha yüksəkdir - ARAŞDIRMA
Xəzər dənizində daha bir zəlzələ oldu
14:33 16.03.2026
Xəzər dənizində daha bir zəlzələ oldu
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirildi - FOTOLAR
14:29 16.03.2026
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirildi - FOTOLAR
İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir
14:09 16.03.2026
İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir
SOCAR "Palmali" Qrupunun qaldırdığı iddialarla bağlı arbitraj prosesində qalib gəldi
14:09 16.03.2026
SOCAR "Palmali" Qrupunun qaldırdığı iddialarla bağlı arbitraj prosesində qalib gəldi
“Aşkın yapay provası” Azərbaycan səhnəsində nümayiş olunacaq - FOTOLAR
14:04 16.03.2026
“Aşkın yapay provası” Azərbaycan səhnəsində nümayiş olunacaq - FOTOLAR
ABŞ Xark adasına quru qoşunlarını cəlb edə bilər
14:03 16.03.2026
ABŞ Xark adasına quru qoşunlarını cəlb edə bilər
Orhan Gencebay xəstəxanaya yerləşdirildi
14:02 16.03.2026
Orhan Gencebay xəstəxanaya yerləşdirildi