Türk dövlətlərinin ortaq ordusu yaradıldı

Türk dövlətlərinin ortaq ordusu yaradıldı
13:15 29.01.2013
1690

Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustanın iştirakı ilə türk dövlətlərinin ortaq ordusu yaradılıb.

Bu barədəTrend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, ortaq orduya dövlətlərin adlarının baş hərflərindən istifadə edilərək TAQM adı verilib. Məlumatda o da qeyd olunur ki, ordunun simvolu hesab edilən at heykəli Azərbaycan Daxili Qoşunlarının komandanıZakir Həsənovtərəfindən Türkiyə Jandarm Qüvvələrinin baş Komandanı, ordu generalıBəkir Kalyoncuya təqdim edilib. Qeyd edək ki, yanvarın 23-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan nümayəndələri iştirak ediblər. İclasda Azərbaycan daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov, Türkiyə Jandarmeriyasının baş komandanı, ordu generalı Bəkir Kalyoncu, Qırğızıstan Daxili Qoşunlarının komandanı, polkovnikSovetbek Arbayevvə Monqolustandan müvafiq qurumun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətləri iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR