Türk əsgərləri təhqir olundu - Kırımda

DÜNYA
10:14 14.10.2014
1478

Krım müharibəsində həlak olan türk əsgərlərinin Krımdakı məzarlığı təhqir olunub. 

AZXEBER.COM AzadlıqRadiosuna istinadən məlumatına görə, Krımdakı azərbaycanlılar cəmiyyətinin lideri Rəhim Hümbətov oktyabrın 13-də deyib ki, Sevastopolda məzarlıqda metal aypara və başdaşlarında ulduzlar çıxarılıb və ya dağıdılıb.

1853-1856-cı illərdə Krım müharibəsində ölən türk əsgərlərinin xatirə kompleksinə yol göstərən nişanlar da götürülüb.

Hümbətov deyib ki, Krım anneksiya olunan qədər bunların hamısı qorunurdu.

Krım hakimiyyəti vandalizm barədə şərh verməyib.

 

OXŞAR XƏBƏRLƏR