Türk futbolçu dənizdə boğuldu

İDMAN
11:50 06.06.2014
1846
Türkiyəli gənc futbolçu dənizdə boğulub. 
ANS PRESS-in məlumatına görə, "Ankaraspor"da oynayan 1994-cü il təvəllüdlü Sedat Yüce istirahət etdiyi Alanyada dənizdə itib.
Futbolçu sərinləmək üçün 3 dostu ilə birlikdə dənizə girib. Lakin qısa müddət sonra o dalğalar arasında itib.
Artıq Sədat Yücənin ölümü ilə bağlı klub rəhbərliyindən açıqlama veriblər. “Bu xəbəri indi öyrəndik. Çox kədərləndik. Onun yaşadığı ünvana gedirik”.
Türkiyə Futbol Federasiyasiyasından da Sədat Yücənin ölümü ilə bağlı başsağlığı mesajı verilib. Mesajda dünyasını dəyişən futbolçuya Allahdan rəhmət, ailəsinə isə başsağlığı dilənib.
Qeyd edək ki, Sədat Yücə futbol fəaliyyətinə Amasya şəhərində başlayıb. Daha sonra o, “Samsunspor”a transfer olub. Bir müddətdən sonra Sədat Yücə “Ankaraspor” futbol kubunda fəaliyyətini davam etdirib.
OXŞAR XƏBƏRLƏR