"Türk İttifaqı yeni dünyanın siyasi şifrələrini açdı"

"Türk İttifaqı yeni dünyanın siyasi şifrələrini açdı"
SİYASƏT
18:26 08.07.2024
592
Ötən il möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü idi. Eyni zamanda, bu qərar bütün Türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verdi. 

Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Türk dünyasının birliyinin sarsılmaz olduğunun növbəti nümunəsi idi. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə Azərbaycanı dünya dövlətləri arasında zirvələrə yüksəltdi. Cənubi Qafqazda marağı olan və öz çirkin niyyətlərini Ermənistan və onun tərkib hissəsi kimi "Qarabağ layihəsi” üzərindən həyata keçirmək istəyənlərin xəbis niyyətləri ürəklərində qaldı. Bir-birinin ardınca qazanılan möhtəşəm qələbələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu xeyli artırdı və Türk dünyasının birliyini daha da möhkəmləndirdi.

Bir neçə gün idi dünyanın nəzər-diqqəti yenidən Şuşaya yönəlmişdi. Şuşa möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edərək Azərbaycanın Türk dünyasının birliyinə növbəti töhfəsini nümayiş etdirdi. Azərbaycanın dilbər guşəsində TDT-nin qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi dövlət başçımızın "Bizim ailəmiz Türk dünyasıdır” müdrik kəlamının bariz nümunəsidir. 
 
Tədbir beynəlxalq münasibətlər sistemində böyük maraq yaradıb və bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Belə bir möhtəşəm tədbirin işğaldan azad edilmiş Şuşada keçirilməsi bir daha dünyaya "Qarabağ Azərbaycandır!” reallığının nümayişi oldu. Bununla yanaşı, bu, həm Azərbaycanın beynəlxalq aləmə, həm də Ermənistanın havadarlarına ciddi bir mesajdır. Çünki bu tədbir dünya ictimaiyyətinin diqqətini yenidən Şuşaya yönəltdi.

Bu  tədbir mühüm qərarların qəbulu ilə başa çatdı və "tarixi sammit” kimi bütün türk dünyasının tarixinə düşəcəyi şəksizdir. Həm də ona görə "tarixidir” ki, azad olunmuş ərazilərdə keçirilən ilk beynəlxalq səviyyəli sammitdir. İmzalanan Qarabağ Bəyannaməsi isə xüsusi qeyd olunmalıdır. Bu sammitin türk dünyasının birliyini daha da gücləndirəcəyi şübhə doğurmur.

Azərbaycan TDT-nin inkişafı və gələcəyi üçün də maddi dəstəyini əsirgəmədi. Azərbaycan Prezidenti açıqladı ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür. Azərbaycan Prezidenti vurğuladı ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir. Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb.

Şuşa şəhərində keçirilən sammitin daha bir önəmli tərəfi burada Qarabağ Bəyannaməsinin imzalanması oldu. Ölkə başçısının vurğuladığı kimi, imzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

Naftalan şəhər sakini: Kəmalə Hüseynova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bunu vaxtilə ATV-nin çörəyini yeyənlər edir" - Zaur iddialara cavab verdi
14:23 19.05.2025
"Bunu vaxtilə ATV-nin çörəyini yeyənlər edir" - Zaur iddialara cavab verdi
Peskov: Zərurət olduğu halda Uitkoffun Rusiyaya növbəti səfəri razılaşdırılacaq
14:17 19.05.2025
Peskov: Zərurət olduğu halda Uitkoffun Rusiyaya növbəti səfəri razılaşdırılacaq
O, 7650 manat maaş alır, bəs, digər icra başçıları? - SİYAHI
14:15 19.05.2025
O, 7650 manat maaş alır, bəs, digər icra başçıları? - SİYAHI
"Qəzzada qalan hər şeyi məhv edirik, dünya bizi dayandıra bilmir"
14:05 19.05.2025
"Qəzzada qalan hər şeyi məhv edirik, dünya bizi dayandıra bilmir"
Türk ölkələrinin ürək-damar cərrahları Bakıda toplandı - FOTOLAR
14:03 19.05.2025
Türk ölkələrinin ürək-damar cərrahları Bakıda toplandı - FOTOLAR
"Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət başçıları formatında keçirilə bilər"
13:35 19.05.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət başçıları formatında keçirilə bilər"
Keçmiş başçının direktor qızı işdən çıxarıldı
13:31 19.05.2025
Keçmiş başçının direktor qızı işdən çıxarıldı
Putin və Tramp bu axşam telefon danışığı aparacaqlar
13:29 19.05.2025
Putin və Tramp bu axşam telefon danışığı aparacaqlar
Sergey Lavrov Ermənistana səfər edəcək
13:26 19.05.2025
Sergey Lavrov Ermənistana səfər edəcək
Pakistanda fırtına: 3 nəfər öldü
13:24 19.05.2025
Pakistanda fırtına: 3 nəfər öldü
Bakıda böyük söküntü başlayır - Park salınacaq
13:13 19.05.2025
Bakıda böyük söküntü başlayır - Park salınacaq
Azərbaycan-İran birgə təliminin açılış mərasimi keçirilib - VİDEO
13:08 19.05.2025
Azərbaycan-İran birgə təliminin açılış mərasimi keçirilib - VİDEO
Qatarlarımızın sürəti tənqid edildi: “Özbəkistandan da geridəyik, bizimkilər “Jiquli” sürətindədir"
13:06 19.05.2025
Qatarlarımızın sürəti tənqid edildi: “Özbəkistandan da geridəyik, bizimkilər “Jiquli” sürətindədir"
"Intervideni-2025" müsabiqəsində Rusiyanı o təmsil edəcək
13:05 19.05.2025
"Intervideni-2025" müsabiqəsində Rusiyanı o təmsil edəcək
"Bürcləri bu həftə nələr gözləyir?" - Astroloqdan AÇIQLAMA
13:02 19.05.2025
"Bürcləri bu həftə nələr gözləyir?" - Astroloqdan AÇIQLAMA
Simonyan: Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir
12:58 19.05.2025
Simonyan: Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir