Türk məşhurlar "Qremmi"yə namizəd oldu

Türk məşhurlar "Qremmi"yə namizəd oldu
MAQAZİN
10:04 10.10.2025
232
68-ci Qremmi Mükafatları üçün müxtəlif kateqoriyalarda namizəd olaraq üç türk sənətçi seçilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu adlar Məlikə Şahin, Aleyna Tilki və qalmaqallı "Manifest" qrupudur.
 
Onlar münsif heyəti tərəfindən keçirilən səsvermənin birinci turundan keçsələr, musiqi dünyasının ən nüfuzlu mükafatına namizəd olacaqlar.

Şahin dörd ayrı nominasiyada: "Ən Yaxşı Qlobal Musiqi Albomu", "Ən Yaxşı Səs Mühəndisliyi (Qeyri-Klassik)", "Ən yaxşı İmmersiv Albom"  və "Canın Beni Çekdii" mahnısı ilə "Ən yaxşı Qlobal Musiqi Performansı" üzrə namizəd olub.

Aleyna Tilkinin Şahinin yer aldığı "Kırlar" albomu da "Ən yaxşı qlobal musiqi albomu" nominasiyası üçün yarışacaq.

Namizədlərin 7 noyabr 2025-ci ildə elan ediləcəyi, mükafatlandırma mərasiminin isə 1 fevral 2026-cı ildə Los-Ancelesdəki Crypto.com Arenada keçiriləcəyi açıqlanıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR