"Təklif edirəm ki, Azərbaycan xalqına qarşı hər hansı bir şəxsin aşağılacyıcı bir sözu cinayət məsuliyyəti ilə ölçülsün, bununla bağlı tədbir görülsün".
Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, milli sözünü də biabr edən "Milli Şura" dərnəyi keçirdikləri videokonfrans zamanı Azərbaycan xalqına qarşı hörmətsiz ifadələr səsləndirib:
"Onlar öz əxlaqlarına uyğun məsələlərin müzakirəsinə həsr etdikləri görüşdə xalqın aşağılanmasına yol veriblər. Bunlar barəsində tədbirlər görülməlidir. Xalqı təhqir edirlər ki, insanlar seriala baxır, bunlara baxmır. Demək insanlar serialı sizdən üstün tutur da, deməli türk serialı xalq üçün Əli Kərimlinin sərsəmləməsindən daha üstündür, demək xalq bunları bəyənmir.
Milli Məclisin deputatı Musa Quliyev də Siyavuş Novruzovun çıxışına dəstək olduğunu bildirib:
"Düşünürəm ki, xalqımızı viruslardan və zərərvericilərdən qorumalıyıq”. /// modern.az