Türkiyə şou-biznesində bir çox məşhur sənətçi öz adları ilə yox, səhnə adları ilə tanınır.
AZXEBER.COM illərdir səhnə adı ilə tanıyıb sevdiyimiz bəzi simaların gerçək adlarının araşdırmasını aparıb.
Məsələn, dünyaca məşhur Tarkanın gerçək adı Hüseyin Tarkan Tevetoğludur. Türk pop musiqisinin kraliçası sayılan Sezen Aksu isə əslində Fatma Sezen Yıldırım adını daşıyır.
Superstar ləqəbli Ajda Pekkanın tam adı Ayşe Ajda Pekkan, məşhur sənətçi Seda Sayan isə Aysel Gürsaçerdir.
Televiziya dünyasının məşhur siması Acun Ilıcalının adı isə Ali Acun Ilıcalıdır.
Bundan başqa siyahıda səhnə adları ilə məşhurlaşan rəqqasə Asena - Onur Çakmak, Nihat Doğan - Rza Doğan, Petek Dinçöz - Didem Ezgü, Şener Şen - Ali Haydar Şen, Teoman - Fazlı Teoman Yakupoğlu, Alişan - Serkan Burak Tektaş, Danla Biliç - Neslihan Damla Aktepe, Kibariye - Bahriye Tokmak, Mahsun Kırmızıgül- Abdullah Bazencir kimi məşhurlar da yer alıb.
Aysel Hacızadə










































