Türk xalqları arasında QHT əməkdaşlığı yeni mərhələdə

SOSİAL
16:38 06.12.2024
133

Özbəkistan və Azərbaycan qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunun türk dünyasının bu iki ölkəsininin bugünkü və gələcək inkişaf yolunun yeni bir mərhələsi hesab etmək olar. Məsələ burasındadır ki, bu gün Türk Dövlətləri Təşkilatının yaranması ayrı-ayrı təşkilatların öhdəsinə müəyyən vəzifələr qoyur.

Belə ki, türk dövlətləri təşkilatının gələcək taleyi xalqların inteqrasiyası və yaxınlaşmasından keçir. Bu mənada, vətəndaş cəmiyyətlərinin inteqrasiyası və yaxınlaşmalarının böyük rolu var. Artıq neçə gündür ki, Azərbaycan və Özbəkistan bümunəsində bu yaxınlaşma və inteqrasiyanın ən yaxşı nümunəsini görürük.

Bu prosesdə Azərbaycan və Özbəkistanın dövlət qurumları, qeyri-hökumət təşkilatları və kqtləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı mövcud təcrübələrin qarşılıqlı şəkildə paylaşmasına imkan yaradır. Bu təcrübənin paylaşılmasında hər iki respublikanın Prezident Aparaatı səviyyəsində iştirak bu inteqrasiyanın nə qədər vacib və zəruri olduğunu ortaya çıxarır. Xüsusilə, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının rəhbərlərinin və ya əməkdaşlarının təcrübə mübadiləsi məndə böyük maraq doğurdu. Mənim təmsil olunduğum "Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları" təşkilatının da paylaşılmalı çoxlu təcrübəsi vardır. 44 günlük Qarabağ zəfərindən sonra bu təşkilatın türk xalqları arasında qələbə təcrübəsini bölüşməsinə də böyük ehtiyac yaranmışdır.

Bütün strukturlarda bu təcrübənin inteqrasiyası türk xalqlarını yaxınlaşdıran amillərdəndir. Düşünürəm ki, bu istiqamətdə layihələrin sayını artırmaq, türk xalqlarının birləşməsinə yönəlik inteqrasiyanı daha da artırmaq lazımdır. Bu inteqrasiya yalnız, ortaq dildə, əlifbada, təfəkkürdə deyil, həm də qeyri-hökumət təşkilatlarının yaxınlaşmasında baş verməlidir. Bütün bunlar vətəndaş cəmiyyətinin yerli və qlobal səviyyədə təşkilatlanmasında da böyük əhəmiyyəti vardır. Nəticədə bu cür yaxınlaşmalar bütövlükdə türk xalqlarının yaxınlaşmasına, Turana gedən yolda eyni isrtiqamətdə yol getməsinə imkan yaradır.

Bədirxan Əhmədli,

Filologiya elmləri doktoru, professor

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"