Azxeber.com-un Lent.az-a istinadən verdiyi məlumata görə, İsrailə xaricdən daxil olan yumurtaların 62 faizinin Türkiyədən gəldiyini xatırladan qəzet bu yumurtaların etiketlənmədiyini yazıb. İsrail kənd təsərrüfatı nazirinin veterinar xidmətləri üzrə sabiq müavini Yehuda Meyrovitç insanların nə yediklərini bilməyə haqları olduğunu, etiketsiz yumurtaların insan səhhətində problemlər yarada biləcəyini söyləyib. Ev Heyvanları Birliyinin baş katibi Yaakov Cohen isə deyib ki, Türkiyə keyfiyyətli yumurtaları Avropaya, keyfiyyətsiz yumurtaları isə İsrailə göndərir. “Haaretz” qəzeti yazıb ki, “Poultry Science” jurnalında 2010-cu ildə işıq üzü görən məqalədə Türkiyədə yumurtlayan toyuqlarda aparılan qan analizləri zamanı “salmonella” virusunun aşkarlandığı qeyd olub. Adı çəkilməyən bir mütəxəssis də Türkiyəyə veterinar xidmətlərinin İsraildəki qədər yüksək səviyyədə olmadığını bildirib. Türkiyədən İsrailə yumurta gətirən “Tnuca” firması isə “Haaretz” qəzetində irəli sürülən iddiaların əsassız olduğunu bəyan edib.