"Türkdilli dövlətlərin birliyi bir daha nümayiş etdirildi" - Naqif Həmzəyev

"Türkdilli dövlətlərin birliyi bir daha nümayiş etdirildi" - Naqif Həmzəyev
Siyasət
11:07 05.09.2018
2106
Ulu öndər Heydər Əliyev dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına, onların inkişafına hər zaman dəstək göstərib. Dahi rəhbər Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən eyni mədəni və dini köklərə malik türkdilli dövlətlər arasında münasibətlərin ən yüksək səviyyədə qurulmasını, ümumtürk həmrəyliyinin təmin olunmasını prioritet sayıb, daima diqqət mərkəzində saxlayıb. Ümummilli lideriin əsasını qoyduğu və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən neft strategiyası, regionda irimiqyaslı layihələrin reallaşdırılması türk dünyası ölkələri arasında birliyin, əlaqələrin möhkəmlənməsinə xidmət edir.

AZXEBER.COM xəbər verir ki, bunu yenigence.com-a YAP Gəncə şəhər təşkilatının sədri,millət vəkili Naqif Həmzəyev deyib.

Naqif Həmzəyev bildirib ki, sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına "Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində iştirakı ölkəmizin türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsinə yeni təkan verəcək.

Belə ki, bu gün dünyada türkdilli xalqlar və onları təmsil edən dövlətlər sülhün və təhlükəsizlyin təmin olunması, sivilizasiyalararası dialoqun dərinləşməsi, beynəlxalq iqtisadi, siyasi və mədəni əlaqələrin genişlənməsinə əhəmiyyətli töhfələr verirlər. Düşünürəm ki, türkdilli dövlətlərin bir araya gəlməsi siyasi çoxqütblülük, iqtisadi, mədəni və informasiya proseslərinin qlobal inkişafı şəraitində xalqlarımızın mənafeyinin müdafiəsində, regionda sülhün möhkəmləndirməsində, təhlükəsizlik və sabitliyin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edəcək. Sammit çərçivəsində qəbul edilən qərarlar, müzakirələr türkdilli dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına yeni bir təkan verəcək.

Prezident cənab İlham Əliyevin Sammitdə çıxışı zamanı dediyi "Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır. Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Hesab edirəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaqdır” sözlər bu əlaqələrin dərin tarixi köklərə malik olduğunu, tarix boyu xalqlarımızın bir-birini dəstəklədiyinin təsdiqidir.

Regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıdığını, Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkdiyini, Azərbaycanın ayrılmaz hissəsi Dağlıq Qarabağın və onun ətrafında yerləşən 7 rayonun Ermənistanın işğalı altında olduğunu qeyd edən Prezident cənab İlham Əliyev bildirib ki, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bölgədə sülh və əməkdaşlıq yaranacaqdır.

İnanıırıq ki, kökü, soyu, dili bir Asiyadan Avropaya qədər böyük bir regionda yerləşən türkdilli dövlətlər arasındakı birliyin möhkəmlənməsinə xidmət edən sammit türk birliyinin daha da güclənməsinə mühüm töhfə olacaq. Çünki beynəlxalq səviyyədə böyük əhəmiyyəti daşıyan sammit zamanı verilən birgə bəyanatlar, türkdilli dövlətlərin ortaq mövqeyini göstərdi, türkdilli dövlətlərin bütün istiqamətdə birliyini bir daha nümayiş etdirdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
Batumidə fərdi nəqliyyat vasitələri üçün yaradılan şərait - VİDEO
16:52 08.08.2025
Batumidə fərdi nəqliyyat vasitələri üçün yaradılan şərait - VİDEO
DİNİB Şəmkirdə yekun tədbirini keçirdi
16:42 08.08.2025
DİNİB Şəmkirdə yekun tədbirini keçirdi
Ən bədxərc bürclər - Astroloq AÇIQLADI
16:31 08.08.2025
Ən bədxərc bürclər - Astroloq AÇIQLADI
Metroda doğulan uşağa bu ad veriləcək - VİDEO
16:26 08.08.2025
Metroda doğulan uşağa bu ad veriləcək - VİDEO
Daşkəsəndə qardaş bacısını baltaladı
16:16 08.08.2025
Daşkəsəndə qardaş bacısını baltaladı
Kolleclərə qəbulun nəticələri açıqlandı
16:09 08.08.2025
Kolleclərə qəbulun nəticələri açıqlandı
Azərbaycanda süni mayalanma ilə uşaq dünyaya gətirən qadınların sayı məlum oldu
16:07 08.08.2025
Azərbaycanda süni mayalanma ilə uşaq dünyaya gətirən qadınların sayı məlum oldu
Altaylardan Adriatik sahillərinə qədər uzanan Turk Birliyi xətti - ZƏNGƏZUR DƏHLİZİ
16:00 08.08.2025
Altaylardan Adriatik sahillərinə qədər uzanan Turk Birliyi xətti - ZƏNGƏZUR DƏHLİZİ
Azərbaycanlı model: Türkiyədə dönər 110 manatdır - VİDEO
15:58 08.08.2025
Azərbaycanlı model: Türkiyədə dönər 110 manatdır - VİDEO
Almaniya İsrailə silah satışını dayandırdı
15:48 08.08.2025
Almaniya İsrailə silah satışını dayandırdı
Məktəb direktorlarının Avropa səfəri müzakirə yaratdı: İttifaq və Agentlikdən fərqli açıqlamalar
15:36 08.08.2025
Məktəb direktorlarının Avropa səfəri müzakirə yaratdı: İttifaq və Agentlikdən fərqli açıqlamalar