Türkiyədə saxlanılan 8 terrorçu məhkəməyə çıxarıldı

DÜNYA
16:28 24.02.2025
197
Türkiyədə FETÖ-yə qarşı təşkil edilən "Kıskaç-40” əməliyyatında bir restoran şəbəkəsi vasitəsilə təşkilata maliyyə yardımı etdiyi iddiası ilə saxlanılan 11 nəfərdən 8-i ədliyyəyə sövq edilib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat Türkiyənin Tokat bölgəsində həyata keçirilib.
 
Belə ki, Tokat Respublika Prokurorluğu tərəfindən FETÖ/PDY terror təşkilatını Tokatda fəaliyyət göstərən bir restoran şəbəkəsinin maliyyələşdirməkdə şübhəli bilinməsi ilə bağlı istintaq başladılıb.
 
Bu çərçivədə təşkilata bağlılığı davam edən şəxslərin restoranla rəsmi və ya qeyri-rəsmi ortaqlıq quraraq oradakı şəxslərdən pul topladığı və bu təşkilata ianələrin toplandığı müəyyən edilib.
 
Terror təşkilatının əlbir olduğu şəxslərə qaranlıq üsullarla pul köçürüldüyü müəyyən olunub. Bununla yanaşı, FETÖ/PDY təşkilatının üzvü hesab edilən, restoran filialının rəsmi və qeyri-rəsmi şərikləri, rəhbərləri və işçiləri olan 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
 
Fevralın 21-də eyni vaxtda keçirilən əməliyyatda şübhəlilərdən 11-i saxlanılıb.
 
Oksana
 

OXŞAR XƏBƏRLƏR