Türkiyə ordusu Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı” əməliyyatında daha 2 itki verib.
Terrorçuların atdığı raket sərhəddəki Süngütəpə kəndidə xidmət aparan əsgərlərin olduğu yerə düşüb.
Raket zərbəsi nəticəsində 5 əsgər yaralanıb, biri isə şəhid olub. Yaralılar Kilis Dövlət Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.
Bundan başqa, 1 əsgər isə terrorçularla atışmada şəhid olub.
Hazırda bölgədə əməliyyat davam edir.
Qeyd edək ki, əməliyyatın 14 günü ərzində 897 terrorçu zərərsizləşdirilib.
qafqazinfo