Türkiyə 3 gün yas saxlayacaq: 90-a yaxın insan öldü – VIDEO

DÜNYA
20:27 10.10.2015
6915

Türkiyənin paytaxtı Ankara şəhərində "Ankara Tren Garı" dəmiryol qovşağının yaxınlığında baş verən terror aktı nəticəsində ölənlərin sayı 86-ya yüksəlib.

AZXEBER.COM-un Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyənin səhiyyə naziriMehmet Müəzzinoğluya terror aktında ölənlərin saynın 86-ya, yaralananların sayının isə 186-ya yüksəldiyini deyib.

Hadisə ilə bağlı baş nazir Əhməd Davudoğlu ölkə ərazisində 3 gün yas elan edilməsi ilə bağlı qərar imzalayıb. 

Qeyd edək ki, partlayışlar həmkarlar təşkilatlarının keçirdikləri "Emek, Barış, Demokrasi' yürüşünə hazırlıq zamanı törədilib. Teraktı "canlı bomba" reallaşdırıb.

Terror aktını gerçəkləşdirən kamukadzenin PKK terror təşkilatının üzvü olduğu güman edilir.

OXŞAR XƏBƏRLƏR